Konqo DR-da "Ebola"dan ölənlərin sayı 1000 nəfəri ötüb
4-05-2019, 07:42
Ötən ilin iyulundan Konqo Demokratik Respublikasında "Ebola" virusundan 1000-dən çox insan ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Daha əvvəl 950 nəfərin öldüyü bildirilirdi.
"Cümə günü, 3 may 2019-cu ilə olan vəziyyət: cəmi 1529 yoluxma halı, 1463 təsdiqini tapmış və 66 ehtimal edilən, 1008 ölü və 422 sağalan var", - deyə nazirliyin "Twitter"ə yerləşdirilən məlumatında bildirilir.