Abşeron rayonunun Qobu qəsəbəsində yeni polis bölməsi yaradılır.
ONA xəbər verir ki, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsi açılacaq.
Qəsəbədə yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.