Gəncə şəhərində 30 yaşlı dərzi özünü asaraq intihar edib.
“Report”un məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Sərxan Nadir oğlu İsmayılov özünü yaşadığı evdə asaraq intihar edib. Şəhərdə dərzi işləyən gəncin özünü hansı səbəbdən asdığı dəqiq bilinməsə də onun bir müddət öncə ailəsindən ayrıldığı bildirilir.