Meksikada bazarda atışma nəticəsində 3 nəfər ölüb 14-05-2019, 08:16 Bazar ertəsi Meksika paytaxtında yerləşən Tepito bazarında baş verən atışma zamanı azı 3 nəfər ölüb."Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Universal" portalı məlumat yayıb.İlkin məlumatlara görə, yerli quldurlar tacirlərdən haqq toplamağa gəliblər, lakin odlu silah ilə qarşılanıblar. Atışma zamanı 3 quldur öldürülüb.Hazırda bazar polis tərəfindən mühasirəyə alınıb. Facebook-da paylaş