Rusiya OD İÇİNDƏ - 6 regionda fövqəladə vəziyyət elan olundu
14-05-2019, 09:28
Rusiyanı meşə yanğınları ağuşuna alıb.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 40 min hektar ərazidə güclü yanğınlar başlayıb. 6 regionda yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub.
Meşə yanğınları ən çox Zabaykalye bölgəsində tüğyan edir. Zabaykalyedən başqa Amur,Tuva,Tümen,İrkutsk,Kirov,Altay və bir neçə başqa regionda da yanğınlar qeydə alınıb.