Bakıda yeni doğulmuş körpə ölüb. Hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 51-də yerləşən “German” Hospitalda baş verib.
1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.