Azərbaycanda ŞOK HADİSƏ - 10 yaşlı uşaq özünü asdı

17-05-2019, 18:46           
Azərbaycanda ŞOK HADİSƏ - 10 yaşlı uşaq özünü asdı
Bu gün günorta saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 10 yaşlı uşaq özünü asıb.

Dia.az virtualaz.org-a istinadən xəbər verir ki, 2009-cu ildə anadan olmuş uşağı atası heyvanları suvarmaq üçün mal tövləsinə göndəridiyi zaman gec qayıtdığını görüb, arxasınca yollanarkən uşağın özünü tövlədən asdığının şahidi olub.

Uşağı dərhal asıldığı ipdən açan ata onu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırdığından, həyatını xilas etmək mümükün olub.

Hazırda oğlanın vəziyyəti orta-ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatına təhlükə sovuşsa da, onun beyn oksigen çatışmazlığından əziyyət çəkdiyi deyilir.

Hələlik hadisənin hansı şəraitdə və nə səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru