Çexiyanın paytaxtı Praqa hava limanında Smartwings aviaşirkətinə məxsus iki Boeing 737-800 təyyarəsi toqquşub.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, qəza təyyarələr uçuşa hazırlaşan ərəfədə baş verib. Toqquşma zamanı təyyarələrin qanadları xəsarət alıb.
Qəza nəticəsində təyyarələrdə olan 278 sərnişinə heç bir ziyan dəyməyib.