“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Musatafabəyli kəndində qeydə alınıb.
İlkin məlumata görə, 80 yaşlı kişi özünü güllələyib. Hüquq-mühafizə orqanları və təcili yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda intihar edən şəxsin kimliyi dəqiqləşdirilir.