Bakıda 22 yaşlı ana 4 yaşlı qızı ilə birlikdə itkin düşdü
19-05-2019, 09:21
Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.