Boliviya çempionatında dəhşətli hadisə yaşanıb. “Yeni Sabah” xəbər verir ki, 25-ci turun “Always Ready” – “Oriente Petrolero” qarşılaşmasında baş hakim Viktor Hurtado vəfat edib. Qarşılaşmanın 48-ci dəqiqəsində vəziyyəti pisləşən Viktor Hurtadonun ürəyi dayanıb.
Həkimlərin ilkin müdaxiləsindən sonra özünə gələn referi xəstəxanaya çatdırılsa da, ikinci dəfə infarkt keçirib və onun həyatını xilas etmək mümkün olmayıb.