Rusiyanın sərhədi yaxınlığında ABŞ pilotsuzu görünüb
3-07-2019, 10:45
Amerika HHQ-nin strateji pilotsuz RQ-4A Global Hawk apparatı dünən gecə Rusiyanın qərb sərhədlərində kəşfiyyat işləri aparıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə PlaneRadar resursunun monitorinqindən bəlli olub.
Bildirilir ki, 04-2021 göyərtə nömrəsi olan pilotsuz təyyarə İtaliyanın aviabazasından havaya qalxıb. Rusiya vaxtı ilə saat 18.50-də PUA Kalinqradla Belorusiya arasında kəşfiyyat uçuşu həyata keçirərkən müəyyən olunub.