Qərbi Azərbaycanda döyüş: 3 nəfər güllələndi 4-07-2019, 09:48 İranın Qərbi Azərbaycan vilayətinin Maku şəhəri yaxınlığında PKK terrorçuları ilə İslam İnqilabının Mühafizə Korpusu arasında döyüş baş verib. Modern.az xəbər verir ki, Türkiyə ilə sərhəddə baş verən döyüş zamanı 3 PKK terrorçusu məhv edilib. İran tərəfinin itki vermədiyi vurğulanır. Facebook-da paylaş