Hacıqabulda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb

5-07-2019, 20:31           
Hacıqabulda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb
Hacıqabul rayonunda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.

“Report”un Aran bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi, ev 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Asəf Adil oğlu Sevdimaliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru