23 yaşlı kişi küçənin ortasında öldürüldü

7-07-2019, 15:48           
23 yaşlı kişi küçənin ortasında öldürüldü
Antaliyanın Alanya rayonunda Qırğızıstan əsilli bir gənc küçənin ortasında mübahisə etdiyi bir şəxs tərəfindən vurularaq öldürülüb.

Cebhe.info xəbər verir ki, hadisə səhər saatlarında Alanya rayonunun İşıklar məhəlləsində qeydə alınıb.

İlkin məlumata görə, 23 yaşlı Muktarbek İmanaliev naməlum bir şəxslə mübahisə edib. Mübahisə qısa vaxt ərzində davaya çevrilib. Bunun ardınca naməlum şəxs üzərində gəzdirdiyi silahdan M.İmanalievə atəş açıb və hadisə yerindən uzaqlaşıb.

Nəticədə M.İmanaliev aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru