Kameralar bu cəriməni də yazacaq – Sürücülərin diqqətinə

8-07-2019, 10:03           
Kameralar bu cəriməni də yazacaq – Sürücülərin diqqətinə
Bu ildən texniki baxışdan keçməyən avtomobillərə tətbiq edilən cərimə kameralarla yazılır. Son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sürücüyə 50 manat cərimə yazılacaq.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov son günlər texniki baxışa görə cərimə edilən sürücülərin sayının həddən artıq çox olması ilə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, sürüclər bir qədər diqqətli olsalar, 50 manat cərimə olunmazlar:

"Bu aralar sürücülər avtomobillərinin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olsun. Cərimə olunanların sayı həddən artıq çoxdur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir.

Texniki baxış vaxtını "Asanpay.az"da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarından və ya DYP şöbələrindən soruşun.

Diqqətli olun ki, cərimə olunmayasınız. Bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru