Nazir polkovniki bu rayona rəis təyin etdi

1-10-2019, 10:01           
Nazir polkovniki bu rayona rəis təyin etdi
Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Teref.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovnik leytenantı Azay Ağayev təyinat alıb.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Daşkəsən Rayon Polis Şöbəsinin keçmiş rəisi Vəfadar Orucov isə bir neçə gün əvvəl Zaqatala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru