Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü

6-10-2019, 19:52           
Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü
Bakıda ər arvadını qətlə yetirib.

Teref.az apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.

Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru