Bacısına xəsarət yetirdi, maşınla qardaşının üstündən keçdi – Binədə şok olay

11-10-2019, 16:18           
Bacısına xəsarət yetirdi, maşınla qardaşının üstündən keçdi – Binədə şok olay
Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.
Rayonun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.
Bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, “Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.
3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov saxlanılıb.
Aygün və Elxan isə xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar cinayət işi başlanıb. Xəzər rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru