Tovuz rayonunun Əlmərdanlı kəndində ölüm hadisəsi qeydə alınıb. APA -nın yerli bürosunun məlumatına görə, 32 yaşlı İbrahimov Asif Elqam oğlu ürək nahiyyəsindən bıçaqla vurulub. O, aldığı ağır xəsarətdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparlır.