Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ olub.
Azərtac Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar rayonun Beyliu yaşayış məntəqəsi ərazisində yerli vaxtla 22:55-də (Bakı vaxtı ilə 18:55) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.