Azərbaycanda qorxunc hadisə - Bir ailənin 5 körpə övladı xəstəxanaya çatdırıldı

13-10-2019, 10:57           
Azərbaycanda qorxunc hadisə - Bir ailənin 5 körpə övladı xəstəxanaya çatdırıldı
Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Bərdə rayonunun Qarağacı kənd sakini olan 2007-ci il təvəllüdlü Abbasova Fatimə Yavr qızı, 2008-ci il təvəllüdlü Abbasova Nigar Yavər qızı, 2010-cu il təvəllüdlü Abbasov Nihad Yavər oğlu, 2012-ci il təvəllüdlü Abbasova Zəhra Yavər qızı və 2015-ci il təvəllüdlü Abbasov Əli Yavər oğlu qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin araşdırmalar zamanı uşaqların kartofdan zəhərləndiyi üzə çıxıb. Uşaqlara tibbi yardım göstərilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru