Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

15-10-2019, 18:42           
Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi
Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis Bölməsinə müraciət edib.

Teref.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib.

Polis araşdırma zamanı atanın dərslərindən geri qalan və oxumaq istəməyən uşağa qəzəblənərək, şillə vurduğunu müəyyən edib. Uşağın bədənində başqa hər hansı ciddi xəsarət tapılmayıb.

Qeyd edək ki, hadisənin iştirakçılarının yaşadığı yer Xətai rayonu ərazisi olduğundan materiallar oradakı polis idarəsinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru