Kırımda sürücü polisi avtomobil ilə belə sürüdü - VİDEO

4-12-2019, 00:08           
Kırımda sürücü polisi avtomobil ilə belə sürüdü - VİDEO
Krımda sərxoş sürücü, ona dayan əmrini verən yol polisini avtomobilindən asılı vəziyyətdə yol boyu sürüyüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Krımın Rusiyaya bağlı ərazisi olan
Krasnoqvardeiskoe bölgəsində yerləşən Oktyabr qəsəbəsində baş verib. Yol polisi əməkdaşı Artyom Kuliş yol qaydasını pozan avtomobil sürücüsünə saxla əmrini verib və ondan sənədlərini istəyib. Sənədləri vermək istəməyən sürücü qaçmağa çalışıb. Bu zaman sürücüyə xəbərdarlıq edən polis avtomobilin qapısından tutub. Buna əhəmiyyət verməyən sürücü avtomobilini sürməyə davam edib. Avtomobil hərəkət edərkən bir müddət qapısından asılı qalan A.Kuliş sürücüyə mane olaraq avtomobili dayandıra bilib. Hadisə yerinə gələn digər yol polisi əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər.
Qeyd edək ki, 33 yaşlı sərxoş sürücü polislər tərəfindən saxlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru