Rauf Mirqədirovun məhkəməsində şahidlərin dindirildi - Ona qarşı heç kim ifadə vermədi

9-12-2015, 13:14           
Rauf Mirqədirovun məhkəməsində şahidlərin dindirildi - Ona qarşı heç kim ifadə vermədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdadiəçisi Fuad Ağayev şahidlərin dindiriliməsinin başa çatdığını deyib: "Lakin məhkəmənin istintaqı yekunlaşmayıb. Rauf Mirqədirovun əleyhinə heç bir ifadə verən olmayıb".

Növbəti proses dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.