"İcra başçısı heç bir xəstəlikdən əziyyət çəkmir" - İH yayılan xəbərə reaksiya verdi

23-12-2019, 11:55           
"İcra başçısı heç bir xəstəlikdən əziyyət çəkmir" - İH yayılan xəbərə reaksiya verdi
"Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır".



Bu barədə “Report”un Cənub Mərkəzinə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.



Məlumatda bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır:



“Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”.



Xatırladaq ki, dünən Taleh Qaraşovun ürəyində problem yarandığı və təcili Bakıya xəstəxanaya gətirldiyi haqda sosial şəbəkələrdə və bəzi saytlarda xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru