Naməlum şəxslər Bakı sakinini qətlə yetirdi

2-01-2020, 04:22           
Naməlum şəxslər Bakı sakinini qətlə yetirdi
Bakının Suraxanı rayonunda qətl törədilib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.


1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.


Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru