"Disney" 2019-cu ilin kassa rekordunu vurdu

4-01-2020, 08:13           
"Disney" 2019-cu ilin kassa rekordunu vurdu
2019-cu ilin sonuna olan göstəricilərə əsasən, "Disney" studiyası yeni rekord vuraraq dünya üzrə kassa mədaxilinə görə 11.1 milyard dollar qazanıb.

Trend-in məlumatına görə, "Disney" və "Fox"un ümumilikdə kassa gəlirləri 13,1 milyard dollar təşkil edib - 4,3 milyardı ölkə daxilində və 8,8 milyardı xarici ölkələrdə.

Ekspertlər belə yüksək göstəricilərin yaxın zamanlarda təkrar olunmayacağını hesab edir. Belə uğur əsasən "Qisasçılar: Final", "Kapitan Marvel", "Oyuncaqların məcarələri 4", "Şahzadə Aslan", "Ələddin" və "Soyuq ürək 2" - hər birisi 1 milyard dollardan çox gəlir gətirən altı filmin sayəsində olub.

"Disney" kino sənayesi tarixində ilk dəfə belə nəticələr əldə edib. Əvvəlki rekord eyni studiya tərəfindən 2016-cı ildə qoyulmuşdu (7.6 milyard dollar).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru