“Facebook”da çox vaxt keçirən arvadını boğub öldürdü

22-01-2020, 11:04           
“Facebook”da çox vaxt keçirən arvadını boğub öldürdü
Hindistanda bir kişi “Facebook”da çox vaxt keçirən arvadını öldürüb.

“HaberGlobal”ın yaydığı məlumata görə, Racəstan əyalətində 26 yaşlı Ayaz Əhməd Ansari adlı şəxs arvadı Naina Manqlanini boğaraq avtomobil yolunun kənarına atıb.

Deyilənlərə görə, Ansari və Manqlani son zamanlar tez-tez mübahisə ediblər. Buna səbəb Manqlaninin s“Facebook”da çox vaxt keçirməsi, mobil telefonunun əlindən düşməməsi olub.

Mübahisələri bitmədiyinə görə Manqlani anasının yanına gedib. Ansari ona zəng edərək gəlməsini və aralarında olan məsələni danışaraq həll etmələrini istəyib.

Bundan sonra onlar bir gün gəzərək birlikdə vaxt keçirsələr də, növbəti gün Ansari arvadını boğub öldürüb. Daha sonra şəxsiyyətini müəyyən edə bilməsinlər deyə, küt alətlə qadının sifətini tanınmaz hala salıb.

Hadisənin şahidlərinin polisə xəbər verməsi nəticəsində həmin şəxs tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru