Xəzərdəki "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın ocaqlarında itkin düşən neftçilərin axtarışları dayandırlıb.
ARDNŞ-nin “Azneft” İstehsalat Birliyindən Modern.az saytına verilən məlumata görə, havanın küləkli olması ilə əlaqədar axrtarışlar dayandırılıb. “Bu gün havanı küləkli olmasına baxmayaraq, axtarışlar davam edib. Amma küləyin güclənməsi nəticəsində axtarışlar dayandırılıb. Axtarışlar hava şəraitindən asılı olaraq sabah davam etdirləcək”.
Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 33 nəfər xilas edilib, 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib.