Avstraliyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb

1-03-2020, 08:17           
Avstraliyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb
Avstraliyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "ABC" telekanalı Qərbi Avstraliya ştatının səhiyyə sisteminin rəhbərinə istinadən xəbər verir.

Məlumata əsasən, ölən şəxs "Diamond Princess" kruiz gəmisindən ölkəyə qayıdan 78 yaşlı kişidir. O, ölkəyə qayıtdıqdan sonra xəsətxanada karantində saxlanılıb və orada dünyasını dəyişib.

Bildiririlir ki, hazırda Avstraliyada yeni növ koronavirusa 25 nəfərin yoluxduğu təsdiqlənib.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.