Bakıda yanğın olub. Teref.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda “Maserati” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.