Moskvada atışma nəticəsində bir neçə şəxs yaralanıb

20-12-2015, 10:52           
Moskvada atışma nəticəsində bir neçə şəxs yaralanıb
oskvanın qərbində yerləşən kafelərin birində baş vermiş münaqişə nəticəsində azı 3 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. Məlumata görə, atışma Sovet keçəsindəki Rublyovo qəsəbəsində baş verib.

İnsident “İmperiya” kafesində baş verib. Atəş travmatik silahdan açılıb. İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

“Bir nəfər belindən digəri – sinəsindən yaralanıb, üçüncü şəxsə isə silahın tutacağı ilə başından xəsarət yetirilib. Münaqişənin səbəbi hələlik məlum deyil”, deyə mənbə bildirib.

Hadisə yerinə həkimlər və əməliyyat qrupu cəlb edilib. Yaralılar xəstəxanaya aparılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru