Mingəçevirdə qadın binanın 4-cü mərtəbəsindən yıxılıb
9-03-2020, 02:05
Mingəçevir sakini binanın 4-cü mərtəbəsindən yıxılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Naxçıvan küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü bina sakini Axundova Bəsti Cavanşir qızı müvazinətini itirərək yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.