Gürcüstanda koronavirusa yoluxanların sayı 24-ə çatdı

12-03-2020, 00:02           
Gürcüstanda koronavirusa yoluxanların sayı 24-ə çatdı
Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Yeni yoluxma halı İtaliyadan qayıdan Gürcüstan vətəndaşında aşkar olunub.

Bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 24-ə çatıb.

Qonşu ölkədə karantində 298, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru