Külli miqdarda dolların ölkə xaricinə çıxarılmasının qarşısını alınıb

12-03-2020, 16:37           
Külli miqdarda dolların ölkə xaricinə çıxarılmasının qarşısını alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb

Məlumatda bildirilir ki, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib.ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib. Çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketdə olan 1 cüt ayaqqabı, gödəkcə və paltarların arasında olan kisənin içərisindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 42600 ABŞ dolları aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru