"Azərpoçt" poçt göndərişlərinin qəbulunu dayandırdı

16-03-2020, 17:48           
"Azərpoçt" poçt göndərişlərinin qəbulunu dayandırdı
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.

Bunlar nəzərə alınaraq, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.(Pravda.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.