Ata bayramı qana buladı- arvadını və oğlunu bıçaqladı

18-03-2020, 00:00           
Ata bayramı qana buladı- arvadını və oğlunu bıçaqladı
Göyçay rayonunda ailə münaqişəsi qanla nəticələnib.
Teref.az xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminindı arvadı, 1967-ci il təvəllüdlü Seyidova Dürdanə Ələddin qızı və oğlu, 1987-ci il təvəllüdlü Seyidov Qəzənfər Qəfər oğlunu bıçaqlayıb. Q.Seyidov bud, çənə və qarın, D.Seyidova isə döş qəfəsi, qol və qarın nahiyəsindən bıçaq xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru