Kareliyada tanınınmış biznesmen azərbaycanlı qonşusunu öldürdü

19-03-2020, 10:22           
Kareliyada tanınınmış biznesmen azərbaycanlı qonşusunu öldürdü
Kareliyada tanınınmış biznesmen azərbaycanlı qonşusunu öldürdü
Ötən gün martın 18-də Rusiyanın Kareliya muxtar vilayətinin inzibati paytaxtı Petrozavodskda yerli biznesmen Azərbaycan vətəndaşı olan qonşusunu öldürüb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, şəhərdə tanınmış biznesmen olan 56 yaşlı Yevgeni Yablokov ov tüfəngindən qonşusuna atəş açıb. Hadisənin səbəbi onların arasında çoxdandır davam edən münaqişədir.

Qətl şəhərin Pravda küçəsi, 44 ünvanında baş verib. Həmin ünvanda şəəhrin imkanlı adamlarının məskunlaşdığı elit yaşayış kompleksi yerləşir. Yerli mənbələr bildirir ki, azərbaycanlı aldığı güllə yarasından hadisə yerində ölüb, biznesmen silahı ataraq qaçıb. Lakin polislər tezliklə onu yaxalaya biliblər. Bildirilir ki, Yablokov daha bir nəfəri öldürməyə cəhd edib, amma təsadüfən gülləsi yayınıb.

Yerli biznes-cameəsində Yevgeni Yablokovun kifayət qədər qeyri-sabit biri olduğunu deyirlər. Onun öldürdüyü Azərbaycan vətəndaşının kimliyi göstərilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru