Əfqanıstanda polis bölməsinə hücum edilib, onlarla ölən var

21-03-2020, 07:44           
Əfqanıstanda polis bölməsinə hücum edilib, onlarla ölən var
"Taliban" hərəkatı silahlıları Əfqanıstanın Zabul əyalətində polis bölməsinə hücum edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həlak olub.

Qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal "Anadolu" agentliyinə bildirib ki, hücumu təhlükəsizlik qüvvələri sıralarına girmiş altı “talibançı” təşkil edib.

“Təhlükəsizlik qüvvələri ciddi itkilərə məruz qalıb, amma dəqiq say hələlik məlum deyil”, - o deyib.

Eyni zamanda yerli şuranın sədri Ata Can Hakbayan da təsdiq edib ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həlak olub.

Onun sözlərinə görə, “talib”lər hücumdan sonra polis bölməsindən silah ələ keçirərək qaçıblar.

"Taliban" hadisəni şərh etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru