Karantini pozan nazir müavini işdən azad edildi

21-03-2020, 10:39           
Karantini pozan nazir müavini işdən azad edildi
Boliviya Baş naziri karantin qaydalarına riayət etməyən Nəqliyyat nazirinin müavinini işdən azad edib.

Teref.az xəbər verir ki, bu barədə mediaya açıqlamasında hökumət rəsmisi Arias Duran bildirib.

Qeyd olunub ki, işdən azad edilən nazir müavini və bir neçə vətəndaş 20 mart günü səhər tezdən La-Pasadakı barlardan birində yaxalanıblar.

Duran bildirib ki, nazir müavini təkcə karantini deyil, həmçinin Prezidentin "7 gün 24 saat krizisə qarşı mübarizə" ilə bağlı təlimatını pozub. Belə ki, nazir müavinləri də yaradılan Fövqəladə Kabinetə daxildirlər.

Qeyd edək ki, vaxt uzadılmasa, Boliviyada fövqəladə vəziyyət 31 marta qədər davam edəcək. //Axar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru