Rusiyada iki avtobus xəndəyə düşüb, 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb

22-03-2020, 10:28           
Rusiyada iki avtobus xəndəyə düşüb, 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb
Rusiyanın Tambov vilayətində iki avtobus xəndəyə düşərək aşıb, 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tambov vilayətinin Jerdevsk rayonunda, R-22 yolunun 566-cı kilometrində baş verib.

Avtobuslardan biri Moskva-Volqoqrad, digər Moskva-Saratov marşrutu ilə hərəkətdə olub.

Qəzaya əsas səbəbin əlverişsiz hava şəraiti olduğu bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.