Daha bir ŞİDDƏTLİ ZƏLZƏLƏ

22-03-2020, 10:46           
Daha bir ŞİDDƏTLİ ZƏLZƏLƏ
İndoneziyada zəlzələ olub.

Publika.az xəbər verir ki, Mərkəzi Sulavesi əyalətində 5,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Meteorologiya, İqlim və Geofizika Qurumunun məlumatına görə, zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb.

Hadisədən sonra sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, sözügedən bölgədə 28 sentyabr 2018-ci ildə 7,5 bal gücündə zəlzələ olmuş, nəticədə 4 min 240 nəfər dünyasını dəyişmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.