Marneulidə eyni nəqliyyat vasitəsində ikidən artıq şəxsin olmasına qadağa qoyulub

23-03-2020, 11:35           
Marneulidə eyni nəqliyyat vasitəsində ikidən artıq şəxsin olmasına qadağa qoyulub
Gürcüstan Baş nazirinin müşaviri Sozar Subari koronavirusun yayılması riskinə görə karantin zonası elan edilən Marneuli rayonunda olub.

APA-nın yerli bürosu xəbər verir ki, ərazidə vəziyyətlə tanış olan S. Subari bildirib ki, hazırda rayonda sakitlik hökm sürür və sakinlərin qaydalara riayət etməsinə ciddi nəzarət olunur: "Ərzaq mağazaları, banklar kimi zəruri obyektlər istisna olmaqla rayon ərazisində bütün obyektlər bağlanılıb. Ərazidən çıxışa icazə verilmir. Nəqliyyat vasitələrində ikidən artıq şəxsin olmasına icazə verilmir. Yerli sakinlərdən təşkil edilmiş 10 könüllü qrup yaradılıb və bu qruplar həkimlərlə birlikdə təhlükə ola biləcək kəndləri və məhəllələri yoxlamağa başlayacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru