Rusiyada koronavirusla bağlı son durum - Baş nazir açıqladı 23-03-2020, 12:53 Son bir sutka ərzində Rusiyada yeni növ koronavirus infeksiyası – Covid-19-a 71 yeni yoluxma halı qeydə alınıb.Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin məlumat verib.O qeyd edib ki, Rusiyada koronavirusa yoluxanların sayı 438-ə çatıb. İndiyədək 16 nəfər sağalıb, 52 min nəfər müşahidə altındadır. Facebook-da paylaş