Bakıda dəhşətli qəzalar: Ölənlər var

23-03-2020, 15:40           
Bakıda dəhşətli qəzalar: Ölənlər var
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Tural Nərimanov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini Z.Zeynalovun idarə etdiyi “Hovo” markalı avtomobilə vurub.

T.Nərimanov hadisə yerində ölüb.

Bundan başqa, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Ələsgərovun idarə etdiyi “Opel” və İmişli rayon sakini Atamoğlan Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə A.Məmmədov hadisə yerində ölüb.

Daha bir yol qəzası Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini A.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Heydərəli Həsənovu vurub.

Piyada hadisə yerində ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru