Neftçalada mənzildə partlayış olub

24-03-2020, 02:58           
Neftçalada mənzildə partlayış olub
Neftçalada mənzildə qaz sızmasından partlayış baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Neftçala şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə partlayış baş verib.

Partlayış nəticəsində ev sahibi 3-cü dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Partlayışın gücündən blokda yerləşən 7 mənzilə və binanın qarşısında dayanan 3 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru