Azərbaycanda sosial izolyasiya şəraitində iş rejimini pozan 70-dən artıq iaşə müəəsisəsi cərimə edilib

24-03-2020, 16:36           
Azərbaycanda sosial izolyasiya şəraitində iş rejimini pozan 70-dən artıq iaşə müəəsisəsi cərimə edilib
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən koronavirusun yayılması ilə mübarizə məqsədilə sosial izolyasiya tədbirləri çərçivəsində müəyyən edilən iş rejimini pozan 411 iaşə obyekti aşkar olunub.

Nazirlər Kabineti yanında operativ qərərgahın qərarına əsasən, sosial izolyasiya rejimində ölkə ərazisində restoran və kafelər 15:00-dək fəaliyyə göstərə bilərlər. Lakin ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilmişdir”, - DİN-in mətbuat xidmətindən məlumat verilir.

Bildirilir ki, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.

Bundan başqa, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub.

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında operativ qərərgahın qərarına əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir. İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.