Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

25-03-2020, 10:35           
Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb
Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb
Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar.

APA TASS-a istinadən xəbər verir ki, İnkişafı Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test “Cepat” adlandırılıb.

Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, "Cepat” testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər.

Onun sözlərinə görə, tədqiqatların yüksək dəqiqliyinə tam əmindirlər: “Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatlar bunu deməyə əsas verir. Lisenziya alındıqdan sonra testlər yalnız xəstəxanalarda deyil, bütün klinikalarda aparılacaq".

Qeyd edək ki, Sinqapurda 558 nəfər koronavirusa yoluxub. Onlardan 150-dən çoxu sağalıb, 2 ölüm halı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru