Sürücü sükanın arxasında maşın gedə-gedə öldü - Azərbaycanda
27-03-2020, 07:57
Bu gün axşam saatlarında Qax şəhərinin Heydər Əliyev prospektində ölüm hadisəsi baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxbaş kənd sakini, 1980-ci il təvəllüdlü Anar Diniyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ölüb.
İlkin müayinə zamanı A.Diniyevin ürək çatışmazlığından öldüyü məlum olub.